Qızıl çıxarılması keçmişin bir parçası olmalıdır - Gədəbəy, Azərbaycan/Gold extraction should be part of the old - Gadabay case, Azerbaijan
Photo courtesy: ecofront AZE: Mədənçilik dünyanın ən zərərli sahələrindən biri hesab olunur. Bu məqamda qızıl hasilatı xüsusi yer tutur. Bu parlaq metala tələbat yüksək səviyyədədir və onun çıxarılmasının ətraf mühitə çox mənfi təsiri var. Sübut edilmişdir ki, qızıl hasilatının aparıldığı ərazilər, onun sağlamlığa və ətraf mühitə təsirləri çox böyükdür. Civə və siyanid qızılın çıxarılması prosesində istifadə olunan ən geniş yayılmış iki kimyəvi maddədir. Qızıl hasilatının daha çox inkişaf etməkdə olan ölkələrdə həyata keçirildiyini nəzərə alsaq, ətraf mühitə təsirin düzgün qiymətləndirilməsinin aparılması, ekoloji standartlara riayət edilməsi və ya azaldılması xərclərinin ödənilməsi əsasən mövcud deyil və ya zəif aparılır. Civə təbii olaraq meydana gələn elementdir, lakin insan fəaliyyəti nəticəsində ətraf mühitə yayılan civə ölümcül ola bilər. Böyük miqyaslı mədənlərdə istifadə olunan siyaniddən fərqli olaraq, hələ də qızıl mədən sənayesində, xüsusən kiçik miqyaslı mədənlərdə ist...