Skip to main content

İqlim dəyişikliyi: indi böyük addım at və ya təhlükə ilə üzləşməyə hazır ol, Beynəlxalq Enerji Agentliyi xəbərdarlıq edir.


Bu məqalə  The Guardian saytında "Climate change: do more now or risk catastrophe, warns energy agency" başlığı altında 13 noyabr 2019-cu ildə çap edilib. 



BEA (Beynəlxalq Enerji Agentliyi) bildirir ki, iqlim dəyişikliyi ilə bağlı riskləri aradan qaldırmağa yönəlmiş sözlər və faəliyyət arasında fərqlilik yaranıb.
Ölkələrin və investorların “böyük koalisiyası” olmadan 2040-dan sonra rekord həddə çatacaq enerji emissiyalarını azaltmaq üçün dünyada mövcud iqlim siyasətləri kifayət etməyəcək – bunu qlobal enerji gözətçisi deyir.

BEA qeyd edir ki, bərpa olunan enerji sahəsində inkişafa baxmayaraq, 2018-ci ildə qlobal enerji səhayesindən ifraz olunan carbonunun miqdarı rekord həddə çatmışdır.

BEA bərpa olunan enerji payının növbəti onilliklərdə payının çoxalmasını gözləyir, amma həmçinin xəbərdarlıq edir ki, hazırki addımlar 2040-cı ildən tez olmayaraq enerji sektorunun emissiyalarına məhdudiyyət qoymayacaq.

Dr. Fatif Birol, BEA-nın icraçı direktoru: İqlim böhranını aradan qaldırmaq üçün görülən tədbirlərlə mövcud siyasətlər arasında “dərin fərq” vardır ki, bu fərq “amansız çoxalır”.

BEA hesablamaları təxmin edir ki, karbon emissiyaları mövcud enerji siyasəti çərçivəsində növbəti 20 il ərzində hər il 100 milyon ton artacaq.

“Biz dünyada böyük siyasi gücü görməyə ehtiyac duyuruq”, Birol qeyd edir. “Buna görə də dünya iqlim dəyişikliyinin öhdəsindən gəlmək üçün ölkələrdən, investorlardan, şirkətlərdən və hamıdan ibarət nəhəng birləşmə yaradılmalıdır.”

BEA qeyd edir ki,  onlar qeyd olunan siyasətlər əsasında modelləşdirmə hazırlamışlar – bu plan ölkələr üçün “güzgü rolunu” oynayır.

“Biz düşünürük ki, dövlətlərin hazırki planları bizi planetin iqlim dəyişikliyi üçün fəlakət astanasına gətirib çıxara bilər. Paris məqsədlərini həyata keçirmək məqsədilə enerji səmərliliyini, bərpa olunan enerji və digər təmiz enerji növlərini önə çəkmək üçün böyük cəhdlər edilməlidir.

Hazırki karbon emissiyalarının miqdarı BEA-nın  on il əvvəl proqnozda verdiyi rəqəmlərlə demək olar ki, eynidir, baxmayaraq ki, günəş və külək enerjisinin payı gözlənildiyindən daha sürətlə çoxalıb.

Cənab Birol enerji səmərəliliyinə yönəlmiş “pərişanedici” cəhdlər və Çinin kömür istehsalı partlaması təmiz enerji texnologiyaların istifadəsi üçün sıçrayış yaratdığını vurğulayır.

BEA hesabatına əsasən enerji səmərliliyi siyasi planlama prosesində karbon emissiyalarını azaltmaq üçün əsas istiqamətlərdən biridir. Bu məqamda qeyd etmək lazımdır ki, baxmayaraq ki, enerji tullantısı çox azalıb, iqlim böhranı siyasi gündəliyin zirvəsinə qalxıb.

BEA-nın davamlı inkişaf modeli daxilində, enerji sektorunda dünya karbon emissiyaları dərhal qalxacaq və 2050-dək 20 qiqatona düşəcək (və ya 10 mlrd ton). Bu həmçinin inkişaf etmiş iqtisadiyyatlarda emissiyaların orta hesabla 2050-ci ilədək hər il 5.6%, inkişaf etməkdə olan iqtisadiyyatlarda 3.2% düşməsinə səbəb olacaq.

Comments

Popular posts from this blog

Haftoni plain forests' face with a threat of disappearance

 Would it be possible to know the flattening of forests if there was no public awareness of Ecofront? Unfortunately, it is not the first time a similar alarming process happening in Azerbaijan and it is not the first time the public is left aside and it is not the first time Ecofront highlighting the case and updating the public. In 2019 first time Beeco together with Ecofront, traveled to Shaki district’s bulldozed forests and since then, unfortunately, not so much has been changed. This time, Lankaran’s Haftoni plain forests are facing the threat of demolishing. Why this is happening? “This” means here deforestation and public non-awareness? As we know cooperations are one of the driving figures of depletion of natural resources. Their sustainable strategies deplete resources, creates inequality which is called resource curse. In this theory this process is closely linked to the existing political system and resources. More info on resource curse can be obtained from https://...

Photo travel to Salyan - town in Azerbaijan

 Photos are taken between September 2021 and March 2022 in Salyan town. Municipality Park Biking without biking lines Inside XIX century Cuma mosque Children's playground in city center Kura river, during at dusk Municipality Park Municipality Park Cuma Mosque Nearby Bazar square One of the busiest bus stops Plastic bottled water The polluted town drainage Town center Trashed Kura river Only street where vehicles are not allowed, except toy cars Playground, the ground is cement, Cuma Mosque's tower Flowers Taste of summer Local vendors Bike and car

İqlim ədaləti kompası: Qazaxıstan və Azərbaycanda ənənəvi ekoloji biliklər vasitəsilə iqlim məsuliyyətini idarə etmək

Foto: Qusar, Azərbaycan ©beeco Giriş Bəzi insanlar hələ də qlobal konspirasiya nəzəriyyələrinə inansalar da, alimlərin 97%-i iqlim dəyişikliyinin real olduğunu və meşələrin qırılması, karbon-intensiv məhsul istehsalı və sənayevi heyvandarlıq kimi insan fəaliyyətlərinin böyük miqdarda istixana qazları istehsal edərək bu prosesə səbəb olduğunu qəbul edir (NASA, n.d.) . İqlim dəyişikliyi artıq elmi mübahisə mövzusu deyil, çünki dünyadakı çoxsaylı sübutlar bunu açıq şəkildə göstərir. Məsələn, 21 iyul 2024-cü ildə dünya temperaturu ən yüksək səviyyəyə çatıb, 22 iyul 2024-cü ildə isə bu rekord yenidən təzələnib (Copernicus, 2024) . Qlobal Cənub ölkələri iqlim dəyişikliyinin əsas yükünü daşısa da, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya (EECCA) regionu da istilik dalğaları, dəniz səviyyəsinin yüksəlməsi, meşə yanğınları və digər ekoloji böhranlar kimi ciddi təsirlərlə üzləşir. EECCA regionu olaraq tarixən iqlim dəyişikliyinə az töhfə versək də, bu günlərdə dözülməz dərəcədə qızmar yaydan sağ çı...