Skip to main content

Ətraf mühit, münaqişə və təhlükəsizlik arasında əlaqə - W. Douglas Smith

 Tərcümə/Mənbə: The Connection Between Environment, Conflict and Security

Source: Planetexperts.com

 

Münaqişə və ətraf mühit əlaqəsi arasında iki istiqamət vardır ki bu da təhlükəsizliyə təsir edir. Ətraf mühitin məhvi münaqişə və təhlükəsizliyə, və ya münaqişə resursları tükətə, həmçinin münaqişə ətraf mühitin təmin etidiyi xidmətləri məhv edə bilər.

Münaqişə ətraf mühitə birbaşa təsir edir, məhsuldarlığı, resurs ehtiyatlarını azaldır. Həmçinin əksinə olaraq, zəif resurs istifadəsi həssaslığı və münaqişə ehtimalını artırır. Hər iki halda münaqişənin ən kəskin forması - müharibədir.

Son illərin müharibələri insanlığın təbiət üzərindəki məhvedici gücünü aydın göstərir. Müasir müharibə təcrübələri bioloji və nüvə silahlarını yüksək həddə çatdıraraq yalnız məhvetmə qabiliyyətini çoxaltmışdır.

Bu silah və taktikalar mülki əhaliyə birbaşa və dolayı yolla təhlükədir. Kütləvi qırğın silahları (KQS) ziyan dəymiş əraziləri daha da genişləndirmiş, insanların xilası üçün vacib olan ətraf mühit, təbii ehtiyatlar və institusiyaların məhvini sürətləndirmişdir.

Texnologiya da həmçinin münaqişənin uzaq məsafədən idarəsinə imkan yaratmışdır. Bu da öz növbəsində humanitar və ətraf mühit zərəri üzərində ilkin hesablamanı imkansız edir. Müharibənin fəlakətləri ümumi qəbul olunmuş sosial normlar və qadağaları daha abstrakt və məsafəli göstərməyə başlayır.

Beynəlxalq qadağalara baxmayaraq, kimyəvi səpintilər, zəhərli qaz, dronlar, xalça bombalama və alov bombaları müharibə zamanı istifadə edilən taktikalara aid yalnız bir neçə nümunədir. Onların yayılması və istifadəsi mülki şəxslərə birbaşa və uzun müddətli təhlükədir.

Ətraf mühit siyasi və hərbi şəkildə silahlandırılmışdır. Münaqişə siyasi və iqtisadi starteji vasitələrdən istifadə edə bilər. Ehtiyatlar, maliyə və ticarət strateji üstünlük üçün idarə edilə bilər. Müttəfiq tərəfə xüsusi imtiaz verilə də bilər. Strateji əhəmiyyətli resursa tarif və embarqonun qoyulması düşmənin məhsuldarlığı, uyğunlaşmasını və dözümlülüyünü dondura bilər.

Müasir müharibənin məhvedici gücü birbaşa conflict ərazilərinin sərhəddindən kənara çıxır. Mənfi təsirlər sərhədlərdən kənara çıxır və “oyunda dərisi olmayan” tərəflərə qədər gedib çıxır. Qloballaşma və ticarət elə tərəfdaşlıqlar qurmuşdur ki, ən kiçik konflikt ərazisində belə daha güclü oyunçuların iştirakına və daha böyük regional qeyri-sabitliyə gətirib çıxara bilər.

1960-cı illərdən münaqişə alimləri və Müdafiə Departamenti  nüvə silahından ani ölüm riskini, həmiçin çirklənmə, əhalinin artımı, qlobal istiləşmə və iqlim dəyişikliyi kimi dəyişikliklərdən baş verən kəskin ölüm hallarını araşdırmağa başlamışlar.

1980-ci illərdə Çernobl fəlakətindən sonra Sovet rəhbəti Qorbaçov dünyanı Soyuq Müharibə çərçivəsindən daha geniş fikirləşməyə çağırdı. O deyirdi ki, qlobal ətraf mühit çirklənməsi nüvə holokaustu kimi vacib təhlükədir.

1987-ci ildə Ətraf mühit və İnkişaf üzrə Dünya Kommissiyası (WCED) tükənən planetdə “Bizim Ümumi Gələcək” adlı ehtiyacı tanıdı. Bu da nəticədə kommisiyanın sədri, Gro Brutland tərəfindən geniş yayılmış “davamlı inkişaf” ifadəsini qəbuluna gətirib çıxardı:

“Davamlı inkişaf o inkişafdır ki, hal-hazırki dövrün ehtiyacları gələcək nəsillərin tələbatlarını tükətmədən qaşılamaqdır. “

1990-cı illərdə ətraf mühitin münaqişələr üzərində təsiri haqqında bir neçə elmi tədqiqatlar başladı. Onların tədqiqatları ətraf mühit pozulması münaqişə yaratmaq təsiri haqqında idi.

Ətraf mühit pozulması münaqişə yaradan və təhlükəsizliyi təmin etməyən səbəb kimi göstərilməyə başladı:

  • Torpaq eroziyası
  • Su çatmamazlığı
  • Həddindən artıq balıq ovu
  • Meşələrin qırılması
  • Çirkənmə (hava, su, torpaq)
  • Təbii ehtiyatların azalması (Təbii Ehtiyat)
  •  Biomüxtəlliflik (6-cı Yoxolma)

Münaqişə üçün yalnız pozulma və tükənmə motivlər deyil. Ehtiyatı zəngin regionların öz ehtiyatlarını inkişaf etdirmək üçün gücü olmaya bilər. Texnologiya və sərvətlə zəngin fürsətcil millətlər çox zaman ədalətsiz addımlar atırlar. Zəngin qurumlar, gücə malik, lakin mənfəətin bərabər paylanmasında maraqsız olan tərəflərlə razılaşmalar aparır. Nəticədə, inkişafda olan millətlərin müəyyən bir təbəqəsi xarici investisiyalar nəticəsində varlanırkən, orta təbəqəsi isə az və ya heç qazanır.

Daşqın, quraqlıq kimi ətraf mühit fəlakətləri zamanı insanlar öz rəhbərliklərindən dəstək gözləyir. Bu zaman xarici investisiyadan çox qazanan tərəflər dəstək göstərməkdə maraqsız olurlar. Dəstəyə maneə törədən maraqlar ərazi, iqtisadi, siyasi, dini, etnik və ya hər birinin kombinasiyası ola bilər. Tarixən, gözlənilən nəticə vətəndaş qarşıdurması və konfliktdir. Suriya bu gün (2018! – beeco ed.) dünyada baş verən nümunədir.

Puerto-Riko ABŞ ərazisidir. Sakinləri ABŞ vətəndaşlarıdır, amma onlar səsvermədə iştirak edə bilməz və ölkənin paytaxında onları kiçik sayda nümayəndə təmsil edir. Ada ilk olaraq, 5-ci dağıtma gücünə malik İrma qasırğasından əziyyət çəkdi. Qasırğa 1 milyona yaxın adamı elektriksiz qoydu. Əsas infrastruktur ciddi şəkildə zədələnmişdir. Birinci qasırğadan heç ara ötməmişdi ki, Maria qasırğası adanın üzərini aldı. Ada dağılmışdı.

Maria qasırğası, Virgin, Dominika və Puerto Rikonun təbii fəlakət tarixində ən pisi idi. Bütün məktəb, tibbi avadanlıqlar məhv olmuşdu. 3.4 milyon insan humanitar dəstək gözləyirdi.

Suriya müharibəsi və Puerto Rikonun oxşarlıqları çoxdur. Səfalət, çarəsizlik və gələcəyə ümidsizlik idarə edən və edilən arasında inamı yox etmişdi.

Son 11.500 ildə hər bir sivilizasiya qalxıb və dağılmışdır. Sivilizasiyaların dağılması çox zaman oxşarlıq göstərir. Liderlər ağalar olur, ağalar imperatorlar, imperatorlar allahlar. Elit təbəqə özünü razı və ali hiss edir. Liderliyin millətə xidməti əvəzinə, millət çox zaman elit sinifə xidmət edir.

Yüksək təbəqəyə nisbətən, yoxsulluqda yaşayan və az təhsili olan insanlar daha az qabiliyyətli olurlar. Yüksək zümrə müdafiə edilir, təcrid olunur və idarə edilənlərin ehtiyacından və resursundan daha az xəbərdar olurlar. Boşluq daha da genişlənir. Yüksək zümrənin prioritetləri işçi sinifinin əsas ehtiyaclarını üstələyir. Əhali adekvat sağlamlıq, qida və sığınacağa malik olmaya bilər. Bu isə əsasən iqtisadi amillərdən asılıdır. İqtisadi fərq sərvəti çox olanın xeyrinə əsasən getdikcə dərinləşməyə başlayır.

Bu gün, 8 nəfərin sərvəti dünyanın 50%-dən çox əhalisinin sərvətindən çoxdur.

“Uğursuz dövlət” o zaman baş verir ki, əhalinin əsas ehtiyacları qarşılanmasın. Dağılma isə o zaman baş verir ki, dövlət təhlükəsizliyi bərpa edə bilmir.

ABŞ tarix qövsündə indi haradadır? İmtiaz köpüyü Amerikada böyüyür. Sinif ayrılması isə iqtisadi fərqlər nəticəsində genişlənir.

Korporasiyalar və zənginlər öz dövlətləti ilə təcrid olunmuşlar. İmtiaz köpüyündə yaşayanlar ətraf mühitin hamını təhlükə altına alması faktından çox zaman xəbərdar deyillər. Bu yanlış təhlükəsizlikdir. Var-dövlətin qorunması limitlidir. Qeydə alınmış tarix boyu, ətraf mühit və təhlükəsizlik arasında əlaqə ən güclünü belə çökdürmüşdür. 

 

 

 

 

 

 

Translated by Incha Aliyeva

Comments

Popular posts from this blog

Haftoni plain forests' face with a threat of disappearance

 Would it be possible to know the flattening of forests if there was no public awareness of Ecofront? Unfortunately, it is not the first time a similar alarming process happening in Azerbaijan and it is not the first time the public is left aside and it is not the first time Ecofront highlighting the case and updating the public. In 2019 first time Beeco together with Ecofront, traveled to Shaki district’s bulldozed forests and since then, unfortunately, not so much has been changed. This time, Lankaran’s Haftoni plain forests are facing the threat of demolishing. Why this is happening? “This” means here deforestation and public non-awareness? As we know cooperations are one of the driving figures of depletion of natural resources. Their sustainable strategies deplete resources, creates inequality which is called resource curse. In this theory this process is closely linked to the existing political system and resources. More info on resource curse can be obtained from https://...

Photo travel to Salyan - town in Azerbaijan

 Photos are taken between September 2021 and March 2022 in Salyan town. Municipality Park Biking without biking lines Inside XIX century Cuma mosque Children's playground in city center Kura river, during at dusk Municipality Park Municipality Park Cuma Mosque Nearby Bazar square One of the busiest bus stops Plastic bottled water The polluted town drainage Town center Trashed Kura river Only street where vehicles are not allowed, except toy cars Playground, the ground is cement, Cuma Mosque's tower Flowers Taste of summer Local vendors Bike and car

İqlim ədaləti kompası: Qazaxıstan və Azərbaycanda ənənəvi ekoloji biliklər vasitəsilə iqlim məsuliyyətini idarə etmək

Foto: Qusar, Azərbaycan ©beeco Giriş Bəzi insanlar hələ də qlobal konspirasiya nəzəriyyələrinə inansalar da, alimlərin 97%-i iqlim dəyişikliyinin real olduğunu və meşələrin qırılması, karbon-intensiv məhsul istehsalı və sənayevi heyvandarlıq kimi insan fəaliyyətlərinin böyük miqdarda istixana qazları istehsal edərək bu prosesə səbəb olduğunu qəbul edir (NASA, n.d.) . İqlim dəyişikliyi artıq elmi mübahisə mövzusu deyil, çünki dünyadakı çoxsaylı sübutlar bunu açıq şəkildə göstərir. Məsələn, 21 iyul 2024-cü ildə dünya temperaturu ən yüksək səviyyəyə çatıb, 22 iyul 2024-cü ildə isə bu rekord yenidən təzələnib (Copernicus, 2024) . Qlobal Cənub ölkələri iqlim dəyişikliyinin əsas yükünü daşısa da, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya (EECCA) regionu da istilik dalğaları, dəniz səviyyəsinin yüksəlməsi, meşə yanğınları və digər ekoloji böhranlar kimi ciddi təsirlərlə üzləşir. EECCA regionu olaraq tarixən iqlim dəyişikliyinə az töhfə versək də, bu günlərdə dözülməz dərəcədə qızmar yaydan sağ çı...