Beeco "Eko-incəsənət yarışması" / Beeco "Eco-art competition"
Beeco "Eko-incəsənət yarışması"nı elan edir.
Ətraf mühit problemləri son zamanlar Yer kürəsinin üzləşdiyi çətinliklərdən biridir. Alimlərin sübutlarının əsasına görə insanlar bu problemləri yaradır. Amma biz insanlar da bu problemlərin həllində əsas rol oynamalıyıq. Bunun üçün müxətlif vasitələr mövcuddur ki, bu vasitələrdən biri də incəsənətdir.
Bu məqsədlə Salyan Rayonu gənclərini eko-incəsənət mövzusunda yarışmaya dəvət edirik.
- Layihənin əsas komponentləri olan İncəsənət və Ətraf mühit haqqında onlayn təlim keçirilir - 10-15 Mart, 2021
- İşlər təqdim olunur: 10 Mart- 10 Aprel 2021
- Nəticələr elan olunur: 1-5 May 2021
- Mükafatlandırma və Sərgi: 10-20 May 2021 (Pandemiya şərtlərindən asılı olaraq dəyişə bilər)
Ərazi: Salyan Rayonu gəncləri
Göndərmə şərtləri: Əl işlərinizin şəkillərini yüksək keyfiyyətdə 10 Mart- 10 Aprel tarixləri arasında "Eko-art competition" başlığı altında beecoinitiative@gmail.com emailinə göndərməlisiniz. Eyni zamanda əl işləriniz Salyan Amerika Mərkəzinə (Salyan Kitabxanasının nəzdində) fiziki şəkildə təqdim edilməlidir.
Ətraf mühit mövzusunda olan rəsm, xalça, oyulma, toxunma, foto, musiqi, şeir və s. incəsənət nümunələri yarışmaya göndərilə bilər.
Emaildə qeyd olunacaq məlumatlar:
- Ad və soyad
- İncəsənət işinin adı, mövzusu və iki cümlədən ibarət qısa təsviri
- Məktəb/Universitet/İş yeri adı
- Yaş
Suallarınız üçün beecoinitiative@gmail.com-ə müraciət edə bilərsiniz.
ENG version
Beeco is proud of to announce "Eco-art competitoin". The call competition is for Salyan region youth.
Environmental issues are one of the challenges Earth is facing. According to the scientists' statements anthropogenic activites are the one of the main reasons causes to this. But also we humans have to solve this issue. One of the ways to bring this issue into the centre of attention and find the ways of tackling is art. Therefore we are calling for you to act upon it. This time our target group is Salyan Youth.
This is the main timeline of the competition:
- Online Workshop will be held on Art and Environmental Pollution/Climate Change - 10-15 March,2021
- Art works will be submitted between - 10 March - 10 April 2021
- Results will be announces - 1-5 March 2021
- Awarding ceremony and Exhibition - 10-20 May 2021 (Depending from the Pandemic outcome dates might vary)
1st, 2nd, 3rd place awardees will be rewarded
Region: Salyan city, Azerbaijan
Submission deadlines: Digital samples (Photos!) of Art works should be submitted between 10 March - 10 April to the email address beecoinitiative@gmail.com
Also physical samples should be submitted to Salyan American Center (within Salyan Central Library)
For further inquires please contact to beecoinitiative@gmail.com
Comments
Post a Comment