Skip to main content

Qlobal İstiləşmə Tropik regionlarda insan yaşamını limitlərinə doğru sıxışdırır - Global heating pushes tropical regions towards limits of human livability by Oliver Milman


 


Tərcümə/Mənbə/Source: https://www.theguardian.com/science/2021/mar/08/global-heating-tropical-regions-human-livability 

Araşdırmalar göstərir ki, artan temperatur və rütubət dünya əhalisinin çox hissəsini potensial ölümcül şərtlərə sürükləməklə təhdid edir. Yeni araşdırmalara görə qlobal istiləşmə planetin tropik bölgələrini insanların yaşam  həddini limitlərinə doğru itələyir və artan istilik və rütubət dünya əhalisinin əksəriyyətini ölümcül vəziyyətə salmaq təhlükəsi yaradır.

Tədqiqatlar, ölkələrin qlobal istiləşmənin sənaye dövründən öncəki dövrdə temperaturun 1,5 dərəcəyə endirilmədiyi təqdirdə, ekvatorun hər iki tərəfinə uzanan tropik qurşaqlardakı bölgələrin “insan adaptasiyasının sərhəddinə” çatacaq yeni bir mühitə çevrilmə riski ilə qarşı qarşıya olduğu mövzusunda xəbərdarlıq edir.  

Ínsan bədəninin temperaturu tənzimləmə qabiliyyəti ətraf mühitin temperaturu və rütubətdən asılıdır.

Daxili bədən istiliyimiz 37 ° C (98.6 F) nisbətdə sabit olaraq qalır, dərimizin isə daha sərin olması istiliyin uzaqlaşmasını təmin edir.

Yaş termometrin göstəricisi- Havanın temperaturunun və rütubətinin ölçüsü - 35 ° C-ni ötərsə, istiliyin atmasının nəticəsi olaraq bədən özünün soyutma funksiyasını itirib ölümcül nəticələrə səbəb olur.

"Havada rütubət həddindən çox olduqda dərimizin təri buxarlandırmasına baxmayaraq bədənimizdə sərinlik hissi yarada bilmir - bu səbəbdən isti bölgələrdə yaşayışı nəzərə alsaq, rütubət vacib amildir" deyə qeyd etmişdir “Nature Geoscience” jurnalında nəşr olunmuş yeni araşdırmaya rəhbərlik edən Princeton Universitet tədqiqatçısı Yi Zhang. "Yüksək bədən istiliyi təhlükəli və hətta ölümcül ola bilər."

Müxtəlif tarixi məlumatlara və simulyasiyalara istinad edən araşdırma qrupu tərəfidən, planetimizdə istiləşmə davam edərkən yaş termometrin göstəricisinin həddindən artıq dəyişəcəyini təyin edilməsi ilə yanaşı tropiklərdəki kəskin temperaturun ortalama tropik temperaturla eyni nisbətdə artdığı təsbit edilmişdir.

Bu o deməkdir ki, tropiklərdə yaş termometrin göstəricisinin 35 ° C -dən yuxarı keçə biləcəyi riskinin qarşısını almaq üçün qlobal temperatur artımlarının 1,5 ° C -də məhdudlaşdırılması lazımdır. İnsanların tərini buxarlandıraraq bədənini soyutma qabiliyyətini təqlid edən -“Yaş termometr”-  termometrin kürəciyinin ucu suya salınmış parça ilə sarınmış olduğuna görə belə adlandırılır. 

Baxmayaraq ki, araşdırmalarda yaş termometrin göstəricisinin 1C-yə qədər yüksəlməsinin sağlamlığa mənfi təsir göstərəcəyi xəbərdarlığı edilsə də Tropiklərdə təhlükli vəziyyət temperaturun 1.5 C həddindən əvvəl də meydana gələcək. Antropogen faktorlar səbəbindən Yer kürəsində temperatur təxminən 1,1 dərəcə selsi artmışdır. Baxmayaraq ki, ölkələr Paris İqlim Müqaviləsində temperaturu 1,5° C -də saxlamaqda razılaşsalar da elm adamları bu həddin on il ərzində keçilə biləcəyini xəbərdar etdilər. 

Bu, bəşəriyyətin böyük bir hissəsi üçün ağır nəticələrə səbəb ola bilər. Dünya əhalisinin təxminən 40% -i hazırda tropik ölkələrdə məskunlaşmışdır və bölgədəki əhalinin böyük bir qisminin gənc nəslin təşkil etməsi ilə əlaqədar bu nisbət 2050 -ci ilə qədər dünya əhalisinin yarısına qədər artmış olacaqdır. Princetonda aparılan tədqiqatlar 20 dərəcə şimal enliyi, Meksika, Liviya və Hindistandan keçən ərazi boyunca və Braziliya, Madaqaskar və Avstraliyanın şimalından keçən 20 dərəcə cənub enliyi arasındakı genişliklər üzərində aparılmışdır.

Boise Dövlət Universitetinin iqlim riskləri üzrə mütəxəssisi Mojtaba Sadegh, araşdırmanın yüksələn temperaturun "əhəmiyyətli infrastruktur sərmayələri olmadığı təqdirdə tropiklərin bir hissəsini yaşanmaz hala gətirə biləcəyini" təhlil etmək üçün "böyük bir iş" gördüyünü qeyd etdi. Araşdırmada iştirak etməyən Sadeh, "Bu limitin pozulduğu təqdirdə, infrastrukturlar- hansı ki sərin havaya malik olan sığınacaqlar, insanların həyatda qalması üçün zəruridir" bildirmişdir. "Təsirə məruz qalan ərazinin çox hissəsinin aşağı gəlirli ölkələrdən ibarət olduğunu nəzərə alsaq, lazımi infrastrukturun qurulmasında çətin yaşanacaqdır."

Nəzəriyyələrə əsasən, heç bir insan istehlak etdiyi suyun miqdarından asılı olmayaraq” yaş termometrin göstəricisi 35C -dən yuxarı olan istiliyin öhdəsindən gələ bilməz" əlavə etdi. Bu araşdırma, istiləşmədən yaranan ciddi təhlükələrə dair ən sonuncu elmi xəbərdarlıqdır. Alimlər yüksələn temperaturun Çin və Hindistanın bəzi bölgələri üçün böyük risklər yaratması ilə yanaşı, kəskin isti hava dalğalarının Yaxın Şərqin bəzi bölgələrini insan dayanıqlılığının son həddindən kənara çıxara biləcəyini təsbit etdilər.

Araşdırmalara görə, 1979-2017 -ci illər arasında qlobal miqyasda rütubət və istiləşmə ilə bağlı potensial ölümcül hadisələrinin sayının iki dəfə artdığı və önümüzdəki onilliklərdə 3 milyarda qədər əhalinin son 6000 il ərzində sağ qaldıqları və inkişaf etdikləri tarixi temperatur aralığını aşacağı təyin edilmişdir.

__________

ENG

The article has been translated into Azerbaijani by Beeco's new member Gulzar Karimli. Gulzar, holds BS degree in Environmental Engineering from Baku Engineering University and MS degree in Ecology from Azerbaijan State Pedagogical University. Moreover, she has been actively involved in environmental-related projects. 

AZE

Məqalə Beeco-nun yeni üzvü Gülzar Kərimli tərəfindən tərcümə edilmişdir. Gülzar,  Ətraf mühit mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi (Bakı Mühəndislik Universiteti) və Ekologiya ixtisası üzrə magistr dərəcəsinə (Azərbaycan Dövlət Pedaqoji Universiteti) malikdir. 


Comments

Popular posts from this blog

Haftoni plain forests' face with a threat of disappearance

 Would it be possible to know the flattening of forests if there was no public awareness of Ecofront? Unfortunately, it is not the first time a similar alarming process happening in Azerbaijan and it is not the first time the public is left aside and it is not the first time Ecofront highlighting the case and updating the public. In 2019 first time Beeco together with Ecofront, traveled to Shaki district’s bulldozed forests and since then, unfortunately, not so much has been changed. This time, Lankaran’s Haftoni plain forests are facing the threat of demolishing. Why this is happening? “This” means here deforestation and public non-awareness? As we know cooperations are one of the driving figures of depletion of natural resources. Their sustainable strategies deplete resources, creates inequality which is called resource curse. In this theory this process is closely linked to the existing political system and resources. More info on resource curse can be obtained from https://...

Photo travel to Salyan - town in Azerbaijan

 Photos are taken between September 2021 and March 2022 in Salyan town. Municipality Park Biking without biking lines Inside XIX century Cuma mosque Children's playground in city center Kura river, during at dusk Municipality Park Municipality Park Cuma Mosque Nearby Bazar square One of the busiest bus stops Plastic bottled water The polluted town drainage Town center Trashed Kura river Only street where vehicles are not allowed, except toy cars Playground, the ground is cement, Cuma Mosque's tower Flowers Taste of summer Local vendors Bike and car

İqlim ədaləti kompası: Qazaxıstan və Azərbaycanda ənənəvi ekoloji biliklər vasitəsilə iqlim məsuliyyətini idarə etmək

Foto: Qusar, Azərbaycan ©beeco Giriş Bəzi insanlar hələ də qlobal konspirasiya nəzəriyyələrinə inansalar da, alimlərin 97%-i iqlim dəyişikliyinin real olduğunu və meşələrin qırılması, karbon-intensiv məhsul istehsalı və sənayevi heyvandarlıq kimi insan fəaliyyətlərinin böyük miqdarda istixana qazları istehsal edərək bu prosesə səbəb olduğunu qəbul edir (NASA, n.d.) . İqlim dəyişikliyi artıq elmi mübahisə mövzusu deyil, çünki dünyadakı çoxsaylı sübutlar bunu açıq şəkildə göstərir. Məsələn, 21 iyul 2024-cü ildə dünya temperaturu ən yüksək səviyyəyə çatıb, 22 iyul 2024-cü ildə isə bu rekord yenidən təzələnib (Copernicus, 2024) . Qlobal Cənub ölkələri iqlim dəyişikliyinin əsas yükünü daşısa da, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya (EECCA) regionu da istilik dalğaları, dəniz səviyyəsinin yüksəlməsi, meşə yanğınları və digər ekoloji böhranlar kimi ciddi təsirlərlə üzləşir. EECCA regionu olaraq tarixən iqlim dəyişikliyinə az töhfə versək də, bu günlərdə dözülməz dərəcədə qızmar yaydan sağ çı...